Azərbaycanın gübrə idxalı azalıb

Azərbaycanın gübrə idxalı azalıb
22 İyun-17:39

Azərbaycan bu ilin yanvar-may aylarında 23 milyon 916 min ABŞ dolları dəyərində 30,3 min ton gübrə idxal edib.

“Margin.az”ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 451 min dollar və 59,5 min ton azdır.

Əlavə edək ki, hesabat dövründə ölkənin gübrə ixracı ümumi ixracın 0,47%-ni təşkil edib.