Azərbaycanın ipək ixracından qazancı artıb

Azərbaycanın ipək ixracından qazancı artıb
25 İyun-12:11

Azərbaycan bu ilin yanvar-may aylarında ipək ixracından 1 milyon 250 min dollar qazanıb.

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkənin ipək ixracından əldə etdiyi gəlir ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5% və ya 43 min dollar artıb.

Əlavə edək ki, ötən il Azərbaycan 1 milyon 207 min dollar dəyərində ipək ixrac edib.