Azərbaycan bu ilin oktyabr ayında 18,3 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
"Margin.az" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın noyabr sayına istinadən xəbər verir ki, bu, 2021-ci ilin oktyabr ayı ilə müqayisədə 1,6 milyon ABŞ dolları və ya 8% azdır.