Azərbaycanın müdafiə xərcləri artırılır

Azərbaycanın müdafiə xərcləri artırılır
25 Oktyabr-10:50

Gələn il ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi üçün dövlət büdcəsindən 5,3 milyard vəsait ayrılması proqnozlaşdırılır.

"Margin.az" xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Sənəddə bildirilib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır.

2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.