Azərbaycanın pambıq ixracından qazancı 14%-dən çox artıb

Azərbaycanın pambıq ixracından qazancı 14%-dən çox artıb
22 İyun-18:48

Azərbaycan bu ilin yanvar-may aylarında xaricə 148,3 milyon dollar dəyərində pambıq ixrac edib.

“Margin.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkənin bu dövrdə pambıq ixracından qazancı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,94% artıb.

Əlavə edək ki, ötən ilin yanvar-may aylarında Azərbaycanın pambıq ixracının dəyəri 129 milyon dollar təşkil edib.