Azərbaycanın qara metal idxalına çəkdiyi xərc artıb

Azərbaycanın qara metal idxalına çəkdiyi xərc artıb
26 Sentyabr-15:08

Azərbaycana bu ilin yanvar-avqust ayları ərzində 278,6 milyon ABŞ dolları məbləğində qara metal idxal olunub.

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından isə 42,2% çoxdur.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycana 195,8 milyon dollarlıq qara metal idxal edilib.