Azərbaycanın qara metal ixracı artıb

Azərbaycanın qara metal ixracı artıb
23 İyun-10:55

Azərbaycandan bu ilin ilk beş ayında 46 milyon dollarlıq qara metal ixrac edilib.

“Margin.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, qara metalların ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 56,52% və ya 16 milyon 634 min dollar artıb.

Əlavə edək ki, ötən ilin yanvar-may aylarında Azərbaycan 29 milyon 431 min dollarlıq qara metal ixrac edib.