Azərbaycanın qarğıdalı idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb

Azərbaycanın qarğıdalı idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb
24 Noyabr-15:55

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 20 milyon dollar dəyərində 58,3 min ton qarğıdalı idxal edib.

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 10.9 milyon dollar və ya 2,2 dəfə çoxdur.

Hesabat dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,17%-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 9,1 milyon dollar dəyərində qarğıdalı idxal edib.