Azərbaycanın qaz ixracından gəliri 80% azaldı

Azərbaycanın qaz ixracından gəliri 80% azaldı
17 Mart-14:24

Azərbaycan bu ilin yanvar-fevral aylarında 1,2 milyard kubmetr həcmində təbii qaz ixrac edib.

"Margin.az" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycandan ixrac edilən təbii qazın dəyəri isə 502 milyon ABŞ dolları təşkil edib.

Cari ilin yanvar-fevral aylarında ixrac edilən təbii qazın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 69,3%, dəyəri isə 79,8% azdır.

Əlavə edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 11,11% olub.