Azərbaycanın qeyri-neft sektoru məhsullarının ixracında Gürcüstanın payı artıb

Azərbaycanın qeyri-neft sektoru məhsullarının ixracında Gürcüstanın payı artıb
25 İyun-16:19

Azərbaycanla Gürcüstan arasında bu ilin yanvar-may aylarında ticarət dövriyyəsi 390 milyon 614 min dollar dəyərində olub. 

“Margin.az” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycandan Gürcüstana qeyri-neft sektoru məhsullarının ixrac dəyəri 74 milyon 696 min dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8% çoxdur.

Əlavə edək ki, ötən ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft məhsullarının Gürcüstana ixracı 69 milyon 129 min dollar dəyərində olub.