Azərbaycan bu ilin yanvar-fevral aylarında 7,3 milyon dollar dəyərində 10 min ton şəkər ixrac edib.
"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 3,2 milyon dollar və ya 2 dəfə, həcm baxımından isə 59% çoxdur.
Əlavə edək ki, hesabat dövründə şəkər ixracının qeyri-neft sektorununun ixracında xüsusi çəkisi 1,13% təşkil edib.