Azərbaycanın sığorta bazarı 13% böyüyüb

Azərbaycanın sığorta bazarı 13% böyüyüb
26 Sentyabr-16:19

Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə bu ilin yanvar-avqust aylarında 654,918 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

"Margin.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,8% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə illik müqayisədə 16,5% azalaraq 283,671 milyon manata enib.