Azərbaycanın sığorta bazarı 7%-dən çox böyüyüb

Azərbaycanın sığorta bazarı 7%-dən çox böyüyüb
22 İyun-13:23

Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə bu ilin yanvar-may aylarında 426,638 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Margin.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,19% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 129,033 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 50,1% azdır.