Azərbaycanın sosialyönlü xərcləri artacaq

Azərbaycanın sosialyönlü xərcləri artacaq
22 Sentyabr-19:30

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində sosialyönlü xərclər 2022-ci illə müqayisədə 9,2% çox nəzərdə tutulub.

"Margin.az" Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov 2023-cü il üzrə dövlət və icmal büdcə layihələrinin, həmçinin sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunmuş geniş iclasda bildirib.

O, əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılmasının daim dövlət başçısının diqqət mərkəzində olduğunu vurğulayıb, qeyd edib ki, bu istiqamətdə islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi planlaşdırlıb.