Azərbaycanın süd idxalına 9 mln. dollardan çox xərcləyib

Azərbaycanın süd idxalına 9 mln. dollardan çox xərcləyib
18 Avqust-17:50

Azərbaycan bu ilin yanvar-iyul ayları ərzində 9,3 milyon dollar dəyərində 5,7 min ton süd idxal edib.

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 30% və ya 1,3 dəfə, həcm baxımından isə 18,3% çoxdur.

Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0,12%-ni təşkil edib.