Azərbaycanın Türkiyəyə neft satışından qazancı 4 dəfəyədək artıb

Azərbaycanın Türkiyəyə neft satışından qazancı 4 dəfəyədək artıb
23 Mart-15:22

Azərbaycandan bu ilin yanvar-fevral aylarında Türkiyəyə neft ixracı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə artaraq 253,5 min ton təşkil edib.

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu müddət ərzində ölkənin Türkiyəyə ixrac etdiyi neftin dəyəri isə 151,8 milyon dollar olub. Bu da illik müqayisədə 3,6 dəfə və ya 110,5 milyon dollar çoxdur.

Əlavə edək ki, bu dövrdə iki ölkə arasında ticarət dövriyyəsi 895,3 milyon dollar təşkil edib.