Azərbaycanın Ukrayna ilə ticarətində 18 aydan sonra mənfi saldo yaranıb

Azərbaycanın Ukrayna ilə ticarətində 18 aydan sonra mənfi saldo yaranıb
21 İyul-16:47

Azərbaycanın Ukrayna ilə bu ilin 6 ayında ticarət dövriyyəsində 14,1 milyon dollar həcmində mənfi saldo yaranıb.

"Margin.az" xəbər verir ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi 423, 9 miyon dollar olub ki, bunun da  204,8 milyon dolları ölkəmizin ixracının, 219 milyon dolları isə idxalının payına düşür.

Əlavə edək ki, ölkənin Ukraynaya ixracının 173, 2 milyon dolları neft məhsullarının, 20,5 milyon dolları isə qeyri-neft məhsullarının payına düşür.

Xatırladaq ki, Azərbaycanın Ukrayna ilə ticarətində mənfi saldo sonuncu dəfə 18 əvvəl,yəni  2019-cu ilin dekabr ayında olub.