Azərbaycanın Ukraynaya ixracı 56% artıb

Azərbaycanın Ukraynaya ixracı 56% artıb
18 Avqust-16:33

Azərbaycan və Ukrayna arasında bu ilin yanvar-iyul aylarında ticarət dövriyyəsi 476 milyon 504 min dollar dəyərində olub.

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynadan 148,2 milyon dollar dəyərində məhsul idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,2% azdır.  Azərbaycan isə 7 ay ərzində Ukraynaya 328,2 milyon dollarlıq mal ixrac edib ki, bu da 2021-ci ilin eyni dövrünə görə 56% çoxdur.

Əlavə edək ki, ötən ilin eyni dövründə ölkəmizlə Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 466,9 milyon dollar təşkil edib.