Azərbaycanın xurma ixracından qazancı 9 mln. dollardan çox azaldı

Azərbaycanın xurma ixracından qazancı 9 mln. dollardan çox azaldı
24 Noyabr-10:07

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 44 milyon 417 min dollar dəyərində 59 min 137 ton xurma ixrac edib.

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 18% və ya 9,7 milyon dollar, həcm baxımından isə 21,2% azdır.

Hesabat dövründə xurma ixracı Azərbaycanın ümumi ixracının 0,13%-ni təşkil edib.