Azərbaycanla Britaniyanın ticarət dövriyyəsi artıb

Azərbaycanla Britaniyanın ticarət dövriyyəsi artıb
25 İyun-17:10

Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsi bu ilin yanvar-may aylarında 561 milyon 554 min dollar dəyərində olub.

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 308,2 mln. çoxdur.

Əlavə edək ki, Azərbaycandan Böyük Britaniyaya 136 milyon dollarlı mal ixrac edilib. Bu ölkədən idxal isə 117,2 milyon dollar dəyərində olub.