Azərbaycanla İsrailin ticarət dövriyyəsi 150 milyon dollar azalıb

Azərbaycanla İsrailin ticarət dövriyyəsi 150 milyon dollar azalıb
22 Fevral-17:38

Azərbaycanın 2021-ci ilin ilk ayında İsrailə ixracatı ümumilikdə 31 346.61 min ABŞ dolları, İsraildən idxalının ümumi həcmi isə 945.49 min ABŞ dolları təşkil edib.

“Margin.az” xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixracat 82,6%, idxal isə 13,2% azalıb. Belə ki, Azərbaycan 2020-ci ilin yanvar ayında 180 952.42 min ABŞ dolları məbləğində İsrailə məhsul ixrac edib. Azərbaycanın İsraildən idxalı isə həmin dövrdə 1 089.37 min ABŞ dolları dəyərində olub.

İsrail 2021-ci ilin yanvarında Azərbaycanın ümumi ixracında 1,93%-lik paya malik olub. Halbuki, ötən ilin yanvar ayında bu pay 8,49% həcmində olub. İsrail Azərbaycanın ümumi idxalında 2021-ci ilin yanvar ayı 1,34%-likb paya malik olub ki, bu da ötən ilin eyni dövrünə görə azalma deməkdir. Belə ki, 2020-ci ilin yanvarında israil Azərbaycanın idxalatında 8,49%-lik paya malik olub.

Əlavə edək ki, son bir ildə İsrail ilə Azərbaycanın ticarət dövriyyəsi 149 749 min ABŞ dolları azalıb.