Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi 129 milyon dollar artıb

Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi 129 milyon dollar artıb
18 Fevral-15:19

Azərbaycanla Rusiya arasında ötən ay ticarət dövriyyəsi 336 milyon 282 min dollar təşkil edib.

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 129,2 milyon dollar çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 267 milyon 793 min dollarlıq məhsul idxal edib. Azərbaycanın Rusiyaya ixracı isə 68,4 milyon dollar dəyərində olub.

Əlavə edək ki, ötən ilin eyni ayında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 207 milyon dollar təşkil edib.