Azərbaycanla Rusiya arasında ötən il ticarət dövriyyəsi 3 milyard 710 milyon 239 min dollar təşkil edib.
"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 23,8% və ya 715,1 milyon dollar çoxdur.
- Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi 3 milyard dolları ötüb
-
Azərbaycanın Rusiyaya neft ixracı azalıb
Hesabat dövründə Azərbaycan Rusiyadan 2 milyard 734 milyon 783 min dollarlıq məhsul idxal edib. Azərbaycanın Rusiyaya ixracı isə 975,5 milyon dollar dəyərində olub.
Əlavə edək ki, 2021-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 2 milyard 995 milyon 131 min dollar təşkil edib.