Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi 356 milyon dollar artıb

Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi 356 milyon dollar artıb
19 Mart-17:18

Azərbaycanla Rusiya arasında bu ilin yanvar-fevral aylarında ticarət dövriyyəsi 761 milyon 547 min dollar təşkil edib.

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 356,2 milyon dollar çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 565 milyon 612 min dollarlıq məhsul idxal edib. Azərbaycanın Rusiyaya ixracı isə 195,9 milyon dollar dəyərində olub.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 405,3 milyon dollar təşkil edib.