Azərbaycanla Serbiyanın ticarət dövriyyəsi 10 mln. dollara çatır

Azərbaycanla Serbiyanın ticarət dövriyyəsi 10 mln. dollara çatır
23 Noyabr-18:46

Azərbaycanla Serbiya arasında bu ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsi 9,8 milyon dollar təşkil edib.

"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,2% və ya 2,1 mln. dollar çoxdur. 

Hesabat dövründə Serbiyadan Azərbaycana 8,1 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının Serbiyaya ixracı isə 1,7 milyon dollar təşkil edib.

Əlavə edək ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanla Serbiya arasında ticarət dövriyyəsinin dəyəri 7,7 milyon dollar təşkil edib.