Azərbaycanla Ukrayna arasında bu ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsi 549,7 milyon dollar təşkil edib.
"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% və ya 234,6 mln. dollar azdır.
-
Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 124 mln. dollar azaldı
-
Azərbaycan Ukraynaya nə qədər neft satıb?
Hesabat dövründə Ukraynadan Azərbaycana 204,5 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının Ukraynaya ixracı isə 345,1 milyon dollar təşkil edib.
Əlavə edək ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 784,4 milyon dollar təşkil edib.