Azərbaycanlılar Türkiyədə nə qədər mənzil alıblar?

Azərbaycanlılar Türkiyədə nə qədər mənzil alıblar?
15 Sentyabr-12:24

Azərbaycan vətəndaşları avqust ayında Türkiyədən 106 mənzil alıblar.

"Margin.az" xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) avqust ayı üzrə mənzil satış statistikasını açıqlayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,2% azdır.

Bu ilin 8 ayında Azərbaycan vətəndaşları Türkiyədə 873 mənzil alıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,75% çoxdur.

Əlavə edək ki, avqust ayında Türkiyədə xarici vətəndaşlara 5 340 mənzil satılıb.