Azərbaycanlılar Türkiyədə nə qədər mənzil alıblar?

Azərbaycanlılar Türkiyədə nə qədər mənzil alıblar?
15 Oktyabr-16:42

Azərbaycan vətəndaşları sentyabr ayında Türkiyədən 115 mənzil alıblar.

"Margin.az" xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) sentyabr ayı üzrə mənzil satış statistikasını açıqlayıb.

Məlumata görə, bu dövrdə Türkiyədə xarici vətəndaşlara 5,49 min mənzil satılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,8% azdır. 

Əlavə edək ki, hesabat dövründə Türkiyədən ən çox mənzili (196) Rusiya vətəndaşları alıblar.