Azərbaycan vətəndaşları aprel ayında Türkiyədən 156 mənzil alıblar.
"Margin.az" xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) aprel ayı üzrə mənzil satış statistikasını açıqlayıb.
Məlumata görə, ötən ay Türkiyədə mənzil satışları ötən ilin eyni ayı ilə müqayisədə 38.8% artaraq 133 min 58 olub. Ən çox mənzil isə İstanbulda (26.330 mənzil) alınıb.
Hesabat dövründə, Türkiyədən ən çox mənzil alan Rusiya vətəndaşları (1152 mənzil) olub. İran vətəndaşları 905 mənzil alışı ilə ikinci olublar.