"Azərişıq" Neftçalada yenidənqurmaya 2,6 mln. manat xərcləyəcək

06 Oktyabr-17:53

"Azərişıq" ASC Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Neftçala rayonunun Aşağı Surra kəndində elektrik xərclərinin yenidən qurulması işləri ilə bağlı elan etdiyi tenderi yekunaşdırıb.

"Margin.az" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Şans Construction" MMC olub.

Məlumata görə, qalib şirkətə 2,618 milyon manat ödəniləcək.