"Azərkosmos" kosmik texnologiya şirkəti ilə memorandum imzaladı

22 Sentyabr-13:16

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") "Voyager Space" şirkəti ilə Kosmik Təşəbbüslərə dair Anlaşma Memorandumu imzalayıb.

"Margin.az" nazirliyə istinadən xəbər verir ki, imzalanma mərasimi Fransanın paytaxtı Parisdə keçirilən 73-cü Beynəlxalq Astronavtika Konqresi həftəsi çərçivəsində baş tutub.

Sənəd "Azərkosmos" və "Voyager Space" arasında kosmik infrastruktur, elmi mərkəzlərin qurulması, tədqiqat proqramları, texnologiyanın inkişafı və innovasiyalar istiqamətində əməkdaşlıq imkanlarını genişləndirməyə yol açacaq.

Memoranduma əsasən, yerli kosmik ekosistemi inkişaf etdirmək məqsədilə təcrübə və bilik mübadiləsi aparılacaq, ölkədə kosmik sahənin kommersiya və təhsil imkanları diqqət mərkəzində saxlanılacaq.