"Babaçay" qum-çınqıl yatağının 21 hektar sahəsi istifadəyə verilib

22 İyun-18:07

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı bu gün növbəti dəfə hərrac keçirib.

"Margin.az" quruma istinadən xəbər verir ki, hərracda Quba rayonunda yerləşən "Babaçay" qum-çınqıl yatağının 21 hektar sahəsi istifadəyə verilib.

Əlavə edək ki, hərracın nəticəsi ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3QGdmjq)