"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nın 2 avtomobili satışa çıxarılır

13 May-17:55

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 6 iyun 2023-cü il tarixində saat 10:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

"Margin.az" quruma istinadən xəbər verir ki, bu tarixdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin balansında olan 2 nəqliyyat vasitəsi (VAZ 21060 minik və KARTAL SLX minik) satışa çıxarılacaq.

Əlavə edək ki, hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür.