Bakı metrosundan istifadə edənlərin sayı 4 mln. nəfərdən çox artıb

Bakı metrosundan istifadə edənlərin sayı 4 mln. nəfərdən çox artıb
18 Mart-17:15

Cari ilin yanvar-fevral aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı açıqlanıb.

"Margin.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yeraltı nəqliyyat vasitəsindən istifadə edənlərin sayı 15.1% və ya 4.4 mln. nəfər artaraq 33.8 mln. nəfər olub.

Məlumata görə, ötən ilin müvafiq dövründə metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 29.4 milyon nəfər təşkil edib.