Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşımalar 63% artıb

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşımalar 63% artıb
03 Avqust-13:03

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə bu ilin yanvar-iyul aylarında 13 610 TEU konteyner təyinat stansiyalarına çatdırılıb.

"Margin.az" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin törəməsi  olan "ADY Konteyner" MMC-dən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63% çoxdur.

Artım ötən ay xüsusilə böyük olub. Belə ki, bu ilin iyul ayında konteynerlərin sayı ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə artıb.

Bildirilib ki, 7 ay ərzində daşınmış konteynerlərin 92%-i tranzit yüklər olub.

BTQ ilə yüklər əsasən Azərbaycandan tranzitlə keçməklə Çin – Türkiyə, Orta Asiya – Türkiyə və əks istiqamətlərdə daşınıb.