Bakıda 100 smart dayanacağın quraşdırılması nəzərdə tutulur

Bakıda 100 smart dayanacağın quraşdırılması nəzərdə tutulur
25 İyun-14:36

Yaxın 2 il ərzində Bakı şəhərində 100 smart dayanacağın quraşdırılması nəzərdə tutulur.

“Margin.az” bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Məlumata görə, Bakı şəhərində smart tipli avtobus dayanacaqlarının quraşdırılması işləri davam etdirilir. Yeni dayanacaqların quruşdırılması Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi və KOBİA-nın birgə dəstəyi ilə həyata keçirilir.

Növbəti smart tipli avtobus dayanacağı metronun Memar Əcəmi stansiyasının yaxınlığnda Hüseynbala Əliyev küçəsində quraşdırılıb. Buradan 3 müntəzəm marşrut xətti üzrə avtobuslar keçir və sərnişin axını baxımından əsas cəlbetmə məntəqələrindən hesab olunur. Bu dayanacaq pavilyonuna da individual ad verilib. Belə ki, pavilion “Memar Əcəmi” dayanacağı adlandırılıb.

Əlavə edək ki, tamamilə yerli istehsal olan smart avtobus dayanacaqlarının bir çox üstünlükləri var. Dayanacaq pavilyonunda sərinləndirmə sistemi quraşdırılıb ki, bu da şəhərin ictimai nəqliyyat infrastrukturunda bir ilkdir.