Azərbaycan banklarında işləyənlərin sayı ötən ay 93 nəfər artıb.
"Margin.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin fevralın 1-i tarixində bank işçilərinin sayı 22 min 870 nəfər olub.
Əlavə edək ki, ötən il bank sektorunun işçi sayı 2 448 nəfər artıb.