Bank sektorunun xalis mənfəəti 30% artıb

Bank sektorunun xalis mənfəəti 30% artıb
26 Sentyabr-16:00

Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 589,4 milyon manat xalis mənfəət əldə edib.

"Margin.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,5% çoxdur.

Hesabat dövründə bankların vergiyəqədərki mənfəəti 725,2 milyon manat, mənfəət vergisi ödəmələri isə 135,8 milyon manat təşkil edib.