Banklar kreditləri ortalama neçə faizlə verirlər?

Banklar kreditləri ortalama neçə faizlə verirlər?
29 Oktyabr-11:56

Azərbaycanda verilmiş kreditlər üzrə orta faiz dərəcəsi açıqlanıb.

"Margin.az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 1 oktyabr tarixinə manatla verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 16.35% təşkil edib.

Bu da illik müqayisədə 1.39 faiz bəndi, cari ilin sentyabrın 1-i ilə müqayisədə isə 0.81 bənd azdır.

Hesabata dövründə dollarla verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 4.63% olub. Bu göstərici illik müqayisədə 0.89% azdır.