Azərbaycan Mərkəzi Bankında (AMB) bu gün Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
"Margin.az" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 40.3 milyon ABŞ dolları olub və tam təmin edilib.
Əlavə edək ki, iyunun 21-də keçirilən hərracda bankların dollara tələbi 54 milyon ABŞ dollar olub.