Bankların qeyri-faiz xərclərinin artmasının səbəbləri nələrdir?

Bankların qeyri-faiz xərclərinin artmasının səbəbləri nələrdir?
17 Mart-18:18

Bankların qeyri-faiz xərclərinin nominal dəyərdə artımının drayverləri əmək haqqı və komissiya xərcləridir. 

"Margin.az" Azərbaycan Mərkəzi Bankının "Maliyyə Sabitliyi Hesabatı"na istinadən xəbər verir ki, ötən il bankların qeyri-faiz xərclərinin 39%-ni təşkil edən əmək haqqı xərcləri 2021-ci ilin eyni dövrünə nisbətdə 25% (146 mln. manat) artıb.

Məlumata görə, qeyri-faiz xərclərinin 26%-ni təşkil edən komissiya xərcləri isə 55% (175 mln. manat) artıb ki, bunun da əsas səbəbi nağdsız əməliyyatların artması və rəqəmsallaşmanın dərinləşməsidir.