"BioNTech"in peyvənd satışından gəlirləri 70% azalacaq

28 Mart-13:58

Almaniyanın biotexnologiya şirkəti "BioNTech"in bu il COVID-19 peyvənd satışları tələbin azalması səbəbilə 70% azalacaq.

"Margin.az" xəbər verir ki, bu barədə şirkət məlumat açıqlayıb.

Məlumata görə, şirkətin ötən ilin son rübündə xalis mənfəəti 2021-ci ilin eyni dövrü ilə müqayisədə 28% azalaraq 2,28 milyard avroya enib. "BioNTech" 2021-ci ilin oktyabr-dekabr aylarında 3,16 milyard avro mənfəət əldə edib.

Hesabat dövründə şirkətin gəlirləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 22% azalaraq 4,3 milyard avro olub. "BioNTech" 2021-ci ilin son rübündə 5,53 milyard avro gəlir əldə edib.

Eyni zamanda, "BioNTech" keçən il 2 milyard doza COVID-19 peyvəndi satıb.