"Bakı Fond Birjası" QSC bu ilin yanvar ayı üzrə üzvlərinin dövriyyələrini açıqlayıb.
"Margin.az" Birjaya istinadən xəbər verir ki, siyahıya 1,1 milyard manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti" başçılıq edir.
İkinci yerdə 718,2 milyon manatla "ABB İnvest" üçüncü yerdə isə 279,4 milyon manatla "Unicapital İnvestisiya Şirkəti" olub.
"CPM-İnvest İnvestisiya Şirkəti" (249,8 milyon manat) 4-cü, "AzFinance" (92,5 milyon manat) 5-ci, "İnvest-Az" (43 milyon manat) 6-cı, "Capital Partners İnvestisiya Şirkəti" isə (34,3 milyon manat) 7-ci, "PSG Kapital" (16,6 milyon manat) 8-ci, "Xalq Kapital" (8,9 milyon manat) 9-cu, "BTB Kapital" (2,3 milyon manat) 10-cu, "MFX Trading" (380 min manat) 11-ci olub.
Əlavə edək ki, birjanın üzvü "Troni İnvestisiya Şirkəti"nin dövriyyəsi isə 0 olub.