“Brent” markalı neftin qiyməti 107 dollara endi

“Brent” markalı neftin qiyməti 107 dollara endi
22 İyun-19:05

Neft qiymətləri əsas Mərkəzi Bankların faiz dərəcəsi artımlarından sonra iqtisadi tənəzzüllə bağlı narahatlıqlar fonunda ucuzlaşıb.

“Margin.az” xəbər verir ki, “Brent” markalı neftin avqust müqaviləsində bir barelin qiyməti 7,49 dollar və ya 6.5% ucuzlaşaraq 107.16 ABŞ dolları olub.

WTI markalı neftin avqust müqaviləsində bir barelin dəyəri isə 7.74 dollar və ya 7.1% azalaraq 101,78 ABŞ dollarına enib.