“Brent” markalı neftin qiyməti 109 dollara endi

“Brent” markalı neftin qiyməti 109 dollara endi
23 İyun-09:27

Əsas Mərkəzi Bankların faiz dərəcələrini artırması fonunda tənəzzül riskləri səbəbilə neft qiymətləri 2%-dən çox ucuzlaşıb.

“Margin.az” xəbər verir ki, “Brent” markalı neftin avqust müqaviləsində bir barelin qiyməti 2,5 dollar və ya 2,3% ucuzlaşaraq 109,22 ABŞ dolları olub.

WTI markalı neftin avqust müqaviləsində bir barelin dəyəri isə 2,6 dollar və ya 2,7% azalaraq 103,46 ABŞ dollarına enib.