“Brent” markalı neftin qiyməti 115 dolları ötüb

“Brent” markalı neftin qiyməti 115 dolları ötüb
17 May-15:06

Macarıstanın Avropa İttifaqının Rusiya neftinin idxalına qadağa qoyması təklifinə qarşı çıxması fonunda neft qiymətləri bahalaşıb.

“Margin.az” xəbər verir ki, “Brent” markalı neftin iyul müqaviləsində bir barelin qiyməti 1,16 dollar və ya 1% bahalaşaraq 115.40 ABŞ dollarına çatıb.

WTI markalı neftin iyun müqaviləsində bir barelin dəyəri isə 78 sent və ya 0,7% artaraq 114,98 ABŞ dolları təşkil edib.