“Brent” markalı neftin qiyməti 74 dolları ötüb

“Brent” markalı neftin qiyməti 74 dolları ötüb
07 Dekabr-12:51

"Omikron" variantının qlobal yanacağa olan tələbə təsiri ilə bağlı narahatlıqların azalması və nüvə danışıqlarının maneələrlə üzləşməsi neft qiymətlərinin bahalaşmasında təsirli olub.

"Margin.az" xəbər verir ki, "Brent" markalı neftin fevral müqaviləsində bir barelin qiyməti 1,12 dollar və ya 1,5%  bahalaşaraq 74,20 ABŞ dolları olub.

WTI markalı neftin yanvar müqaviləsində bir barelin dəyəri isə 1,22 dollar və ya 1,8% artaraq 70,71 ABŞ dolları təşkil edib.