Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining" şirkəti "Gədəbəy" müqavilə ərazisi üzrə ötən ilin dördüncü rübü və ötən il üzrə hasilat nəticələrini açıqlayıb.
"Margin.az" şirkətə istinadən xəbər verir ki, şirkət ötən ilin dördüncü rübündə 11.121 unsiya qızıl istehsal edib. Bu göstərici, 2021-ci ilin eyni dövründə 11,589 unsiya təşkil edib.
-
"AzerGold" qızıl satışından nə qədər qazanıb?
-
Britaniya şirkəti Gədəbəydə yeni qızıl zonası aşkarlayıb
"Anglo-Asian Mining"in ötən il qızıl istehsalı isə 43,114 unsiya təşkil edib. Şirkət 2021-ci ilin eyni dövründə 48,680 qızıl istehsal edib.
Əlavə edək ki, "Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) müqaviləsi çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına "Gədəbəy" yatağında 2009-cu ildə başlanılıb.