Britaniya şirkəti Gədəbəydə yeni qızıl zonası aşkarlayıb

Britaniya şirkəti Gədəbəydə yeni qızıl zonası aşkarlayıb
08 Dekabr-13:25

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." mədən şirkəti Gədəbəydə yeni qızıl minerallaşması zonası aşkar edib.

Bu barədə "Margin.az" şirkətə istinadən xəbər verir ki, "Anglo Asian" Gədəbəydəki Gilar yatağında 60 metr dərinlikdə qızıl və mis minerallaşma zonası müəyyən edib.

Bu nəticəni şirkət şaquli qazma nəticəsində əldə edib. Bildirilib ki, altı minerallaşma zonası üzrə əhəmiyyətli qızıl, mis və sink yataqları aşkarlanıb.