Böyük Britaniyada milyarderlərin sayı 2007-2008-ci illərin maliyyə böhranından sonra ilk dəfə azalıb.
"Margin.az" "Sunday Times"a istinadən xəbər verir ki, siyahıda 171 milyarder var.
Məlumata görə, onların ümumi sərvəti 38,2 milyard dollar artaraq 851 milyard dollara çatıb. Belə ki, nominal ifadədə bu məbləğ 4,5% artıb.
- Azərbaycan əsilli iş adamı Rusiyada sərvətini ən çox artıran milyader oldu
-
Dünyada milyaderlərin sayı azaldı
Bildirilib ki, Britaniyanın 350 ən varlı adamı və ailəsinin ümumi sərvəti 991,5 milyard dollar olub. Bu məbləğ İsveçrənin illik ÜDM-dən də çoxdur. Son 1 ildə bir çox britaniyalı milyarderin sərvəti ölkədə sərtləşdirilmiş monetar siyasət və qlobal bank sektorundakı problemlər fonunda ciddi şəkildə azalıb.